<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>210</hymn_number>
<lyrics>[V1]
 Ürəyimi dinlə, qəlbimi dinlə,
 Dinlə məni, Rəbbim, gör ürəyimi.
 Səndən başqa kimsə istəməm olsun
 Mənim can evimdə, mənim qəlbimdə.

[C1]
   Sənindir, İlahi, ürəyim, qəlbim,
   Müqəddəs Ruhunla bağlandım Sənə.
   Səndən özgə isim varsa qəlbimdə,
   İlahi, Sən onu at ürəyimdən,
   Təmizlə qəlbimdən, sil ürəyimdən.

[V2]
 Canı da, qəlbi də Sən yaratdın, Sən,
 Onunçün bağlıdır ürəyim Sənə.
 Açırsan qəlblərin bütün sirrini
 Varmı Səndən gizli sirr ürəyimdə?

[V3]
 Rəbb İsam, Səndən qeyri kimsəni
 Tanımaq istəməm, görmək istəməm.
 Məsih İsam, Səndən qeyri kimsəni
 Eşitmək istəməm, anmaq istəməm.</lyrics>
<title>Ürəyimi dinlə, qəlbimi dinlə İL210</title>
</song>